İslamiadada çıxış edəcək voleybolçularımızın rəqibləri bəlli olub

İslamiadada çıxış edəcək voleybolçularımızın rəqibləri bəlli olub İslam Həmrəyliyi Oyunlarında çıxış edəcək Azərbaycanın kişi və qadın voleybolçularının rəqibləri bəlli olub.
Komanda
3 İyul , 2022 22:32
İslamiadada çıxış edəcək voleybolçularımızın rəqibləri bəlli olub

İslam Həmrəyliyi Oyunlarında çıxış edəcək Azərbaycanın kişi və qadın voleybolçularının rəqibləri bəlli olub.

“Report” xəbər verir ki, İslamiadada çıxış edəcək kişilərdən ibarət millimizin 8 ölkənin (Azərbaycan, Sudan, Kamerun, Mərakeş, İran, Qətər, Türkiyə, Pakistan) iştirak edəcəyi yarışda artıq rəqibləri dəqiqləşib. Komandamız püşkün nəticəsinə əsasən Sudan, Mərakeş və Kamerun milliləri ilə A qrupunda qüvvəsini sınayacaq.

İslam Həmrəyliyi Oyunlarında çıxış edəcək qadınlardan ibarət millimiz isə püşkün nəticəsinə əsasən Əfqanıstan, Seneqal və Kamerun yığmaları ilə B qrupunda qüvvəsini sınayacaq. Qadınların yarışında A qrupunda Özbəkistan, Türkiyə, İran və İndonezia milliləri mübarizə aparacaqlar.

Qeyd edək ki, 2022 İslam Həmrəylik Oyunları Türkiyənin Konya şəhərində keçiriləcək.

Kişilər

QRUP A

Azərbaycan

Sudan

Mərakeş

Kamerun

Qadınlar

QRUP B

Azərbaycan

Əfqanıstan

Seneqal

Kamerun

Son xəbərlər

Orphus sistemi