İslamiada: Azərbaycanın qadın voleybol millisi Əfqanıstana qalib gəlib

İslamiada: Azərbaycanın qadın voleybol millisi Əfqanıstana qalib gəlib Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında Azərbaycanın qadın voleybolu üzrə milli komandası B qrupundakı ikinci oyununda qələbə qazanıb.
Komanda
10 Avqust , 2022 15:23
İslamiada: Azərbaycanın qadın voleybol millisi Əfqanıstana qalib gəlib

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında Azərbaycanın qadın voleybolu üzrə milli komandası B qrupundakı ikinci oyununda qələbə qazanıb.

"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycan millisi Əfqanıstan üzərində çətinlik çəkmədən qalib gəlib – 3:0 (25:4; 25:11; 25:4).

Azərbaycan daha əvvəl avqustun 8-də Seneqaldan üstün olmuşdu – 3:0 (25:7; 25:6; 25:10).

Qeyd edək ki, Azərbaycanın voleybol millisi avqustun 12-də B qrupunda sonuncu oyununu Kameruna qarşı keçirəcək.

Son xəbərlər

Orphus sistemi