İslamiada: Azərbaycanın iki kikboksçusu finala çıxıb, dördü medal qazanıb

İslamiada: Azərbaycanın iki kikboksçusu finala çıxıb, dördü medal qazanıb Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarına Azərbaycan kikboksçuları uğurla başlayıb.
Komanda
16 Avqust , 2022 20:37
İslamiada: Azərbaycanın iki kikboksçusu finala çıxıb, dördü medal qazanıb

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarına Azərbaycan kikboksçuları uğurla başlayıb.

Azərbaycan Kikboksinq Federasiyasından "Report"a verilən məlumata görə, Azərbaycanın 2 kikboksçusu - Rəhim Əliyev (low kick, 71 kq) və Bəhram Rəcəbzadə (low kick, +91 kq) finala çıxıb. Final görüşləri sabah keçiriləcək.

Həmçinin Elxan Əliyev (full contact, 71 kq), Qəşəm Məmmədov (low kick, 67 kq), Arzuman Qədimov (low kick, 63,5 kq) və Aysu Devrişova (56 kq) bürünc medal qazanıblar.

Qeyd edək ki, İslamiadada kikboksinq yarışları son günədək - avqustun 18-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi