İstanbulda basketbol üzrə 20 yaşadak qızlar arasında keçirilməsi planlaşdırılan turnir təxirə salınıb

İstanbulda basketbol üzrə 20 yaşadak qızlar arasında keçirilməsi planlaşdırılan turnir təxirə salınıb Buna səbəb Fransa, Almaniya və Polşa komandalarının terror təhlükəsinə görə Türkiyəyə gəlməməsidir
Komanda
29 İyun , 2016 19:23
İstanbulda basketbol üzrə 20 yaşadak qızlar arasında keçirilməsi planlaşdırılan turnir təxirə salınıb

Bakı. 29 iyun. REPORT.AZ/ İyulun 1-3-də İstanbulda basketbol üzrə 20 yaşadak qızlar arasında keçirilməsi planlaşdırılan turnir təxirə salınıb.

“Report” “Milliyet” qəzetinə istinadən xəbər verir ki, buna səbəb komandaların terror təhlükəsinə görə Türkiyəyə gəlməməsidir.

Məlumata görə, Fransa, Almaniya və Polşa Türkiyə Basketbol Federasiyasına məktubla müraciət edərək, iyunun 28-də Atatürk adına Beynəlxalq Hava Limanında törədilmiş terror aktlarından dolayı kədərləndiklərini və valideynlərin istəyi əsasında turnirə qatılmayacaqlarını bildiriblər.

Qeyd edək ki, Türkiyənin İstanbul şəhərinin Atatürk adına Beynəlxalq Hava Limanında törədilən qanlı hadisə nəticəsində 41 nəfər həyatını itirib, 239 nəfər isə yaralanıb. 

Son xəbərlər

Orphus sistemi