Yuxarı
    Bağlamaq

    İran yığması Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatında 3-cü yerə çıxıb

    Finalda Rusiya və Argentina yığmaları üz-üzə gələcək

    Bakı. 1 oktyabr. REPORT.AZ/ Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatında 3-cü yer uğrunda görüş başa çatıb. 

    "Report"un məlumatına görə, bürünc medala İran yığması sahib çıxıb.

    Qonşu ölkə futzalçıları Portuqaliya ilə qarşılaşmanın əsas vaxtından 2:2 hesablı heç-heçə ilə ayrılıblar. Əlavə vaxtda hesab dəyişmədiyindən, qalib penaltilər seriyasında müəyyənləşib - 4:3.

    Finalda Rusiya və Argentina yığmaları üz-üzə gələcək.

    Qeyd edək ki, İran qrup mərhələsində Azərbaycanın rəqiblərindən olub. İki komanda arasındakı görüş 3:3 hesablı heç-heçə ilə nəticələnib. Portuqaliya isə 1/4 finalda məhz Azərbaycan yığmasını üstələyib - 3:2.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi