Azərbaycan yığmasının dünya çempionatında 1/8 finala vəsiqəsi İranla görüşdən asılı olacaq

Azərbaycan yığmasının dünya çempionatında 1/8 finala vəsiqəsi İranla görüşdən asılı olacaq Son turda heç-heçə də kifayət edəcək
Komanda
16 Sentyabr , 2016 10:54
Azərbaycan yığmasının dünya çempionatında 1/8 finala vəsiqəsi İranla görüşdən asılı olacaq

Bakı. 16 sentyabr. REPORT.AZ/ Kolumbiyadakı futzal üzrə dünya çempionatında Azərbaycan millisinin mübarizə apardığı F qrupunun daha bir oyunu keçirilib. "Report"un məlumatına görə, İran və Mərakeş yığmaları üz-üzə gəlib.

Qarşılaşma qonşu ölkə futzalçılarının 5:3 hesablı qələbəsi ilə yekunlaşıb. İlk oyunda İspaniyaya 1:5 hesabı ilə məğlub olan İran xal ehtiyatını 3-ə çatdıraraq, Azərbaycanla 2-3-cü pillələri bölüşür. İkinci oyunda İspaniyaya məğlub olmasına baxmayaraq Azərbaycan millisi top fərqinə görə qrup ikincisidir. İlk iki oyunda məğlubiyyətə uğrayan Mərakeş yığması isə qrupda sonuncu yerdə dayanıb.

Son turda Azərbaycan İranla qarşılaşacaq. Növbəti mərhələyə qrupun ilk iki pilləsinin sahibləri vəsiqə qazanacağından, Miltinyonun baş məşqçisi olduğu komandaya son görüşdə heç-heçə də kifayət edəcək. Qarşılaşma sentyabrın 18-də saat 18:00-da (Bakı vaxtı ilə 19 sentyabr saat 03:00-da) başlanacaq. 

Komanda O Q B M V.Q B.Q TF Xal
İspaniya 2 2 0 0 9 3 6 6
Azərbaycan 2 1 0 1 7 4 3 3
İran 2 1 0 1 6 8 -2 3
Mərakeş 2 9 0 2 3 10 -7 0

Son xəbərlər

Orphus sistemi