Hokkeyçilər Aleksandr Lukaşenkonun izlədiyi oyunda dalaşıblar - VİDEO

Hokkeyçilər Aleksandr Lukaşenkonun izlədiyi oyunda dalaşıblar - VİDEO Bakı 27 fevral. REPORT.AZ/ Belarusda hokkeyçilər ölkə prezidenti Aleksandr Lukaşenkonun da canlı izlədiyi oyunda dalaşıblar.
Komanda
27 Fevral , 2019 14:17
Hokkeyçilər Aleksandr Lukaşenkonun izlədiyi oyunda dalaşıblar - VİDEO

Bakı 27 fevral. REPORT.AZ/ Belarusda hokkeyçilər ölkə prezidenti Aleksandr Lukaşenkonun da canlı izlədiyi oyunda dalaşıblar.

“Report” xəbər verir ki, insident Minsk “Dinamo”su və Belarus Ekstraliqasında çıxış edən hokkeyçilərdən ibarət yığmanın qarşılaşmasında baş verib. Paytaxt təmsilçisinin 2:4 hesabı ilə uduzduğu görüşün final sirenası çalınandan dərhal sonra “Dinamo”dan Oleq Yevenko ilə rəqib oyunçular İqor Brikun və Yeqor Qaynetdinovun iştirakı ilə dava düşüb.

Hakimlərin və digər hokkeyçilərin müdaxiləsindən sonra tərəfləri bir-birindən ayırmaq mümkün olub.

Qeyd edək ki, “Minsk-Arena”da baş tutmuş görüş iki qələbəyə qədər davam edəcək seriyanın ilk matçıdır. Növbəti oyun fevralın 28-də “Çijovka Arena”da keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi