Bakı. 21 fevral. REPORT.AZ/ Məşhur rusiyalı hokkeyçi Pavel Bure 2016-cı ildə ABŞ vətəndaşlığından imtina edib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu ABŞ Maliyyə Nazirliyinin yaydığı sənədlər göstərir.
12 mövsüm Kanada və ABŞ klublarında Milli Hokkey Liqasında çıxış etmiş idmançının adı fevralın 9-da nazirliyin saytında yerləşdirilmiş ABŞ vətəndaşlığından imtina edən şəxslərin siyahısında yer alıb.
Qeyd edək ki, 2012-ci ildə Pavel Bure MHL-in Şöhrət zalına daxil edilib.