Həndbol üzrə Azərbaycan çempionatında növbəti oyunlar keçirilib

Həndbol üzrə Azərbaycan çempionatında növbəti oyunlar keçirilib Kişi həndbolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib.
Komanda
20 Mart , 2023 16:08
Həndbol üzrə Azərbaycan çempionatında növbəti oyunlar keçirilib

Kişi həndbolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib.

"Report"un məlumatına görə, XIX turda lider "İdman Akademiyası" "Təhsil"lə qarşılaşıb. Gərgin və maraqlı mübarizə ilə yadda qalan görüş 30:25 hesabı ilə "tələbələr"in xeyrinə nəticələnib.

Turun "U-16" - "Məhsul" görüşü də nominal qonaqların qələbəsi ilə başa çatıb - 44:18. "Dinamo" isə RİOEUGİM komandasını 47:25 hesabı ilə məğlub edib.

XX turun oyunlarında da gözlənilməz nəticələr qeydə alınmayıb. "Təhsil" bu turda da "İdman Akademiyası"na ciddi müqavimət göstərsə də, məğlubiyyətdən qaça bilməyib - 22:26. "Məhsul" "U-16"ya bu dəfə 36:22, "Dinamo" isə RİOEUGİM-ə 48:17 hesabı ilə qalib gəlib.

Aktivində 45 xal olan "İdman Akademiyası" çempionatın vahid lideridir. "Məhsul" 35 xalla ikinci, "Dinamo" 30 xalla üçüncü pillədə qərarlaşıb. 4-cü yerdəki "Təhsil"in 27 xalı var. RİOEUGİM-lə "U-16" komandası hərəyə 3 xalla 5-6-cı yerləri bölüşdürür. "Bakı" isə 1 xalla çempionatın autsayderidir.

Son xəbərlər

Orphus sistemi