Həndbol üzrə Azərbaycan çempionatı: “Məhsul” çətin qələbələrlə liderə yaxınlaşıb

Həndbol üzrə Azərbaycan çempionatı: “Məhsul” çətin qələbələrlə liderə yaxınlaşıb Kişi həndbolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib.
Komanda
27 Mart , 2023 19:11
Həndbol üzrə Azərbaycan çempionatı: “Məhsul” çətin qələbələrlə liderə yaxınlaşıb

Kişi həndbolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib.

“Report”un məlumatına görə, XXI turda “Məhsul” “Təhsil”lə qarşılaşıb.

Gərgin və maraqlı mübarizə ilə yadda qalan görüş birincilərin 23:20 hesablı qələbəsi ilə nəticələnib.

Turun digər oyunlarında favoritlər asan qələbə qazanıblar. “Dinamo” U-16-nı 48:22, “Bakı” RİOEUGİM-i 43:28 hesabı ilə məğlub edib.

“Təhsil” və “Məhsul” komandalarının XXII turdakı dueli də gərgin keçib. “Tələbələr” ciddi müqavimət göstərməsinə baxmayaraq, yenə məğlubiyyətlə üzləşiblər – 21:22.

“Dinamo” U-16-ya 62:28, “Bakı” isə RİOEUGİM-ə 39:31 hesabı ilə qalib gəlib.

Aktivində 45 xal olan “İdman Akademiyası” çempionatın vahid lideridir. “Məhsul” 41 xalla ikinci, “Dinamo” 36 xalla üçüncü pillədə qərarlaşıb. 4-cü yerdəki “Təhsil”in 27 xalı var. “Bakı” 7 xalla beşinci sırada qərar tutur. RİOEUGİM-lə U-16 hərəyə 3 xalla 6-7-ci yerləri bölüşdürürlər.

Son xəbərlər

Orphus sistemi