Bakı. 19 may. REPORT.AZ/ Göyçay rayonunda "Federasiya kuboku" uğrunda cüdo yarışı keçirilib.
“Report” xəbər verir ki, yarışdan öncə seminar olub.
Seminarda cüdonun yeni qayda və qanunlarının tədbiqi əyani şəkildə göstərilib, geniş müzakirə edilib, fikir mübadilələri aparılıb.
Regionlararası "Federasiya kuboku" uğrunda turnir bu ilin sentyabrında Bakıda baş tutacaq cüdo üzrə dünya çempionatının təbliğinə həsr olunub. Region yarışında iki yarımqrupda, 6 komanda – “Bakı-1”, “Bakı-2”, “Bakı-3”, “Sumqayıt-2”, “Şimal-1” və “Cənub-1” mübarizə aparıb. "Bakı-1” və “Bakı-2” komandaları növbəti region yarışında iştirak etmək üçün finala vəsiqə qazanıblar.
Növbəti finala çıxmaq üçün yarış iyun ayında Şamaxıda keçiriləcək. Final görüşləri isə həmin ayda Göygöl rayonunda baş tutacaq.