Futzal üzrə dünya çempionatında bütün 1/4 final cütlərinin tərkibi müəyyənləşib

Futzal üzrə dünya çempionatında bütün 1/4 final cütlərinin tərkibi müəyyənləşib İtaliya və Ukrayna da mübarizəni dayandırıb
Komanda
23 Sentyabr , 2016 09:37
Futzal üzrə dünya çempionatında bütün 1/4 final cütlərinin tərkibi müəyyənləşib

Bakı. 23 sentyabr. REPORT.AZ/ Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatında bütün 1/4 final cütlərinin tərkibi müəyyənləşib. "Report"un məlumatına görə, 1/8 final mərhələsinin bu gecə keçirilmiş oyunlarından sonra Azərbaycan millisi ilə yanaşı, Argentina və Misir də mərhələ adlayıb.

Argentina əlavə vaxtda vurduğu qolla Ukraynanı üstələyib - 1:0. Misir də əsas vaxtı 3:3 hesabı ilə nəticələnən görüşdə İtaliyaya əlavə vaxtda vurduğu qolla qalib gəlib - 4:3.

Beləliklə, 1/4 finalda görüşəcəklər:

25 sentyabr

00:30. Paraqvay - İran

03:00. Rusiya - İspaniya

26 sentyabr

00:30. Argentina - Misir

03:00. Azərbaycan - Portuqaliya

Yarımfinal görüşləri 28-29 sentyabrda, 3-cü yer uğrunda oyun 1 oktyabrda, final qarşılaşması 2 oktyabrda keçiriləcək.

Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib. 

Son xəbərlər

Orphus sistemi