Futzal üzrə dünya çempionatında 25 braziliyalıdan 7-si Azərbaycan yığmasında yer alıb

Futzal üzrə dünya çempionatında 25 braziliyalıdan 7-si Azərbaycan yığmasında yer alıb Bu göstəricidə İtaliya da liderliyi bölüşür
Komanda
9 Sentyabr , 2016 13:00
Futzal üzrə dünya çempionatında 25 braziliyalıdan 7-si Azərbaycan yığmasında yer alıb

Bakı. 9 sentyabr. REPORT.AZ/ Sentyabrın 10-da Kolumbiyada start götürəcək futzal üzrə dünya çempionatında ümumilikdə 25 braziliyalı iştirak edəcək. "Report"un məlumatına görə, onlardan 22-si futzalçı, 3-ü isə məşqçidir.

Heyətində ən çox braziliyalı olan yığmalar Azərbaycan və İtaliyadır.

İtaliya yığmasının heyətində 7 braziliyalı oyunçu varsa, Azərbaycanda bu göstərici 6-dır. Millinin heyətində məşqçi Miltinyonun da braziliyalı olduğunu nəzərə alsaq, Azərbaycan millisinin heyətində əslən braziliyalı olanların sayı 7-ə çatır. Millinin heyətində yer alan əslən braziliyalı futzalçılar Tyaqo Teles Martins, Fineo de Araujo, Eduardo Mello Borges, Fabio Jose Polletto, Villiams Oliveyra Do Nasimento və Everton Kardozadır.

Qalan 11 braziliyalı futzalçı və 2 məşqçi isə Qazaxıstan, Rusiya, Solomon adaları və İspaniya komandalarının heyətində yer alıb.

Qeyd edək ki, Azərbaycan mundialda 13 futzalçı ilə təmsil olunacaq. Qrup mərhələsində rəqiblər Mərakeş, İran və İspaniyadır. 

Son xəbərlər

Orphus sistemi