Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi: "Bizi qrupda İspaniya ilə matç gözləyir"

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi: "Bizi qrupda İspaniya ilə matç gözləyir" Bakı. 3 fevral. REPORT.AZ/ Komandam oyuna yaxşı hazırlaşmışdı. Fransa ilə oyunun bizim üçün final matçına bərabər olduğunu hamımız anlayırdıq. Oyun ərzində müəyyən gərgin anlar oldu. Hətta hesabda geriyə də düşdük. Ancaq oyunçularım tez bir zamanda toparlanmağı və oyun intizamını qorumağı bacardılar.
Komanda
3 Fevral , 2018 00:19
Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi: Bizi qrupda İspaniya ilə matç gözləyir

Bakı. 3 fevral. REPORT.AZ/ "Komandam oyuna yaxşı hazırlaşmışdı. Fransa ilə oyunun bizim üçün final matçına bərabər olduğunu hamımız anlayırdıq. Oyun ərzində müəyyən gərgin anlar oldu. Hətta hesabda geriyə də düşdük. Ancaq oyunçularım tez bir zamanda toparlanmağı və oyun intizamını qorumağı bacardılar".

"Report" xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio da Silva deyib.

O, qeyd edib ki, oyunçular məşq zamanı məşqçinin dedikləribi tətbiq ediblər: "Ardıcıl 2 qol vurduq və hesabı lehimizə dəyişdikdən sonra psixoloji üstünlüyə də sahib olduq. Fransa millisi sona qədər mübarizə apardı. Onlar məğlubiyyətlə barışmaq istəmirdilər. İspaniya ilə oyunda qazandıqları 1 xal onlarda inam yaratmışdı. Təzyiq altında meydana çıxsaq da, vacib qələbə qazandıq.

Bizi qrupda İspaniya ilə matç gözləyir. ¼ finala vəsiqəni təmin etməyimizə baxmayaraq, qələbə qazanmaq üçün mübarizə aparacağıq. Çünki qrup mərhələsini birinci pillədə başa vurmaq şansımız var. Təbii ki, ispanlar da mübarizəni davam etdirmək üçün qələbə qazanmağa çalışacaqlar".

Son xəbərlər

Orphus sistemi