Futzal üzrə Azərbaycan millisinin Avropa çempionatındakı rəqibləri sabah müəyyənləşəcək

Futzal üzrə Azərbaycan millisinin Avropa çempionatındakı rəqibləri sabah müəyyənləşəcək Püşkatma mərasimi Sloveniya paytaxtında olacaq
Komanda
28 Sentyabr , 2017 16:38
Futzal üzrə Azərbaycan millisinin Avropa çempionatındakı rəqibləri sabah müəyyənləşəcək

Bakı. 28 sentyabr. REPORT.AZ/ Futzal üzrə Azərbaycan milli komandasının Avropa çempionatının final mərhələsindəki rəqibləri sentyabrın 29-da müəyyənləşəcək. 

Federasiyanın Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Sloveniyanın paytaxtı Lyublyanada keçiriləcək tədbirə UEFA prezidenti Aleksander Çeferin də qonaq qismində qatılacaq. 

Mərasim sabah Bakı vaxtı ilə saat 14:00-dan etibarən UEFA-nın rəsmi saytı vasitəsilə canlı yayımlanacaq. 

Püşköncəsi komandalar səbətlərə bu şəkildə bölünüb:

Səbət 1: Sloveniya (ev sahibi, A qrupu), İspaniya (son qalib), Rusiya, Portuqaliya
Səbət 2: İtaliya, Ukrayna, Azərbaycan, Qazaxıstan
Səbət 3: Serbiya, Rumıniya, Polşa, Fransa

Püşkatma mərasimində Azərbaycanı AFFA-nın futzal üzrə koordinatoru Asim Xudiyev təmsil edəcək. 

Qeyd edək ki, Avropa çempionatı 2018-ci il sentyabrın 30-dan oktyabrın 10-dək Lyublyanada keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi