​Futzal üzrə Azərbaycan millisi bu gün Slovakiya ilə qarşılaşacaq

​Futzal üzrə Azərbaycan millisi bu gün Slovakiya ilə qarşılaşacaq Avropa çempionatına vəsiqə uğrunda cavab görüşü bir həftə sonra olacaq
Komanda
15 Sentyabr , 2015 13:22
​Futzal üzrə Azərbaycan millisi bu gün Slovakiya ilə qarşılaşacaq

Bakı. 15 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycanın futzal üzrə milli komandası AVRO-2016-nın "pley-off" mərhələsində ilk oyununu keçirəcək. "Report"un məlumatına görə, yığma komanda Slovakiya ilə münasibətlərinə aydınlıq gətirəcək.

Saat 21:00-da başlanacaq qarşılaşma Bakı İdman Sarayında keçiriləcək. Matçın hakimləri sloveniyalı Admir Zahoviç və Borut Şiviç olacaq.

Cavab görüşü bir həftə sonra Slovakiyada keçiriləcək. 

Qeyd edək ki, cütün qalibi 2016-cı il fevralın 2-dən 13-dək Serbiyanın paytaxtı Belqradda keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq. 

Son xəbərlər

Orphus sistemi