Futzal üzrə Azərbaycan milli komandası Serbiya yığmasına məğlub olub

Futzal üzrə Azərbaycan milli komandası Serbiya yığmasına məğlub olub Futzal üzrə Azərbaycan milli komandası bu gün Serbiya yığması ilə növbəti yoldaşlıq oyunu keçirib.
Komanda
16 Aprel , 2019 22:19
Futzal üzrə Azərbaycan milli komandası  Serbiya yığmasına məğlub olub

Futzal üzrə Azərbaycan milli komandası bu gün Serbiya yığması ilə növbəti yoldaşlıq oyunu keçirib.

"Report" xəbər verir ki, qarşılaşmadan əvvəl “Ekonomaç” klubunun prezidenti və baş məşqçisi vaxtilə bu komandanın formasını geyinmiş millimizin üzvü Vitali Borisova xatirə hədiyyəsi təqdim edib. 

Oyun rəqibin 7:5 hesablı qələbəsi ilə başa çatıb. Thaqo Telesin dubl etdiyi görüşdə komandamızın digər qollarını İsa Atayev, Fineo de AraujoRamiz Çovdarov vurub.

Qeyd edək ki, komandalar arasında dünən keçirilmiş oyunda Azərbaycan millisi 2:1 hesabı ilə qələbə qazanıb.

Son xəbərlər

Orphus sistemi