Yuxarı
    Bağlamaq

    Futzal üzrə Azərbaycan millisi Belarusda təlim-məşq toplanışı keçirəcək

    Azərbaycan millisi Minskdə təlim-məşq toplanışında olacaq

    Bakı. 15 fevral. REPORT.AZ/ Xəbər verdiyimiz kimi, Martın 17-dən 21-dək Bakıda futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsinin oyunları keçiriləcək.

    "Report" AzərTAc-a istinadla xəbər verir ki, turnirə hazırlaşan futzal üzrə Azərbaycan millisi fevralın 10-dan 22-dək Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışında olacaq. Hazırlıq prosesi çərçivəsində millimiz 3 yoldaşlıq oyununda gücünü sınayacaq.

    Təlim-məşq toplanışına Covani Buranello Laersio (“Araz”), Rövşən Hüseynli (“Araz”), Elnur Zamanov (“Khazar Islands”), Rizvan Fərzəliyev (“Araz”), Rafael Durval (“Araz”), Eduardo Mello (“Khazar Islands”), Fernando Da Silva Amadeu (“Khazar Islands”), Ramiz Çovdarov (“Araz”), Vitali Borisov (“Fənər”), Xətai Bağırov (“Neftçi” İSM), Namiq Məmmədkərimov (“Araz”), Samir Həmzəyev (“Araz”), Auqusto Sezar (“Araz”), Vahib Xodjayev (“Neftçi” İSM), Fineo De Araujo (“Khazar Islands”), İsa Atayev (“Araz”) və Rəcəb Fərəczadə (“Araz”) dəvət olunublar.

    Millimiz fevralın 17-18-də Belarus, fevralın 21-də isə klublar yığması ilə qarşılaşacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi