​Fransalı velosipedçi 333 km/saat sürət yığaraq "Ferrari"ni geridə qoyub

​Fransalı velosipedçi 333 km/saat sürət yığaraq "Ferrari"ni geridə qoyub Velosiped 333 km/saatı 4,8 saniyəyə yığıb
Komanda
12 Noyabr , 2014 01:40
​Fransalı velosipedçi 333 km/saat sürət yığaraq Ferrarini geridə qoyub

Bakı. 12 noyabr. REPORT.AZ/ Velosipedçi "Ferrari" sürücüsü ilə yarışda qalibiyyət əldə edib, lakin bunun üçün Fransua Qissi öz hərəkət vasitəsinə reaktiv mühərrik əlavə etməli olub.

"Report" "Rosbalt"a istinadən xəbər verir ki, yarış Fransanın cənubunda yerləşən Le-Kastelle qəsəbəsindəki Pol Rikar trassında baş tutub.

Fransalının velosipedi üç kiçik raket mühərriki ilə təchiz edilib. Velosiped 333 km/saatı 4,8 saniyəyə yığıb.

Fransua Qissi bundan əvvəl də sürətli velosipedlər yaradıb. O, 2013-cü ildə öz "dəmir at"ına reaktiv mühərrik quraşdıraraq 6,7 saniyə ərzində 285 km/saat sürət yığa bilmişdi. İndi isə o, saatda 333 km getməklə şəxsi rekordunu yeniləyib.

Son xəbərlər

Orphus sistemi