"Formula-1" yarışına 100-dən çox marşal cəlb ediləcək

"Formula-1" yarışına 100-dən çox marşal cəlb ediləcək Çingiz Mehdiyev: "Onların bir qrupu gələn ilin aprelində təlimlərə göndəriləcək"
Komanda
17 Dekabr , 2015 19:48
Formula-1 yarışına 100-dən çox marşal cəlb ediləcək

Bakı. 17 dekabr. REPORT.AZ/ "Bakıda keçiriləcək "Formula-1" yarışına Fövqəladə Hallar Nazirliyinin (FHN) 20, Səhiyyə Nazirliyinin 150-yə yaxın işçisinin cəlb olunmasını nəzərdə tuturuq. Onlar Bakıdakı yarışda tras boyu yerləşəcəklər".

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakıda keçiriləcək "Formula-1" üzrə Avropa Qran-Prisi Əməliyyat Komitəsinin rəhbəri Çingiz Mehdiyev deyib.

Onun sözlərinə görə, yarışlara həmçinin 10-15 təcili tibbi yardım maşınları da cəlb olunacaq: "Biz Səhiyyə və Fövqəladə Hallar nazirliklərinin işçilərinə təlimlər keçəcəyik. Biz artıq onları xaricə təlimlərə aparmışıq".

Ç.Mehdiyev əlavə edib ki, Bakıda keçiriləcək "Formula-1" yarışına 100-dən çox marşal cəlb edilməsi planlaşdırılır: "Onların bir qrupu gələn ilin aprelində təlimlərə göndəriləcək".

Qeyd edək ki, "Formula-1" üzrə Avropa Qran-Prisi gələn il iyunun 17-19-da Bakı şəhər trasında baş tutacaq.

Son xəbərlər

Orphus sistemi