Yuxarı
    Bağlamaq

    Formula 1: Valtteri Bottas üçüncü sərbəst yürüşün ən yaxşısı olub

    Kimi Raykkonen ikinci, Luis Hemilton isə üçüncü yeri tutub

    Bakı. 24 iyun.REPORT.AZ/ Formula 1 üzrə Azərbaycan Qran Prisinin sonuncu - üçüncü sərbəst yürüşünə yekun vurulub.

    “Report”un məlumatına görə, “Mercedes”in pilotu Valtteri Bottas ən yaxşı nəticəni göstərib – 1:42.742. Sıralamada Kimi Raykkonen (Ferrari, 1:42.837) ikinci, Luis Hemilton (Mercedes, 1:43.158) isə üçüncü yeri tutub.

    Bolidi yanan "Renault"un pilotu Colion Palmer və maşınının mühərriki dayanan “Red Bull” komandasının pilotu Maks Ferstappen yürüşü yarımçıq dayandırıblar

    Qeyd edək ki, ilk iki sərbəst yürüşdə ən yaxşı nəticəni Maks Ferstappen göstərib.

    İyunun 25-də keçiriləcək Qran Prinin həlledici mərhələsi saat 17:00-da start götürəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi