Yuxarı
    Bağlamaq

    ​Firdovsi Umudov: "Çalışacağıq ki, xalqımızın, dövlətimizin, möhtərəm prezidentimizin etimadını doğruldaq"

    Güləşçilər yaxşı əhval-ruhiyyədədirlər

    Bakı. 1 avqust. REPORT.AZ/ "Çalışacağıq ki, xalqımızın, dövlətimizin, möhtərəm prezidentimizin, güləşsevərlərin bizə göstərdiyi etimadı doğruldaq".

    "Report"un məlumatına görə bunu sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudov deyib.

    O, bildirib ki, güləşçilər yaxşı əhval-ruhiyyədədirlər.

    "Ən əsası odur ki, təlim-məşq toplantılarını yüksək səviyyədə keçmişik. Dövlətimiz, federasiya tərəfindən hər cür şərait yaradılıb. Fiziki, texnikanın, taktikanın təkmilləşdirilməsi üzrə bütün məşq proseslərini başa vurmuşuq"- deyə baş məşqçı bildirib.

    O, bildirib ki, ötən olimpiya oyunlarında belə titullu oyunçular yox idi.

    "Çalışacağıq ki, Azərbaycanımızın güclü olduğunu bir daha sübut edək. Sübut edək ki, biz ötən olimpiya oyunlarındakı nəticələri təsadüfi qazanmamışıq. Çalışacağıq ki, axıra qədər mübarizə apararaq, dözüm, dəyanət göstərib ölkəmizi, xalqımızı medallarla sevindirək" – deyə Firdovsi Umudov əlavə edib.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi