FIBA matç zamanı kütləvi davaya görə 13 basketbolçunu cəzalandırıb

FIBA matç zamanı kütləvi davaya görə 13 basketbolçunu cəzalandırıb Bakı. 19 iyul. REPORT.AZ/ Beynəlxalq Basketbol Federasiyası (FIBA) Filippin və Avstraliya millisinin üzvlərini cəzalandırıb.
Komanda
19 İyul , 2018 17:09
FIBA matç zamanı kütləvi davaya görə 13 basketbolçunu cəzalandırıb

Bakı. 19 iyul. REPORT.AZ/ Beynəlxalq Basketbol Federasiyası (FIBA) Filippin və Avstraliya millisinin üzvlərini cəzalandırıb.

“Report” xəbər verir ki, buna səbəb basketbolçuların bu komandalar arasında 2019-cu il dünya çempionatının seçmə mərhələsinin oyunu zamanı baş verən kütləvi davada iştirak etmələridir.

İnsident nəticəsində, ümumilikdə, 13 idmançı meydançadan kənarlaşdırılıb. Oyun 3 filippinli və 5 avstrailiyalı basketboçunun iştirakı ilə davam etdirilib. Lakin bir qədər sonra təkrar dava düşüb və matç yarımçıq dayandırılıb.

İnsidentlə bağlı ölçü götürən FIBA Filippin yığmasının 10 basketbolçusunu 1 – 6 matçlıq, Avstraliya millisinin 3 oyunçusunu isə 1 – 3 görüşlük diskvalifikasiya edib. Həmçinin Filippin kollektivinin məşqçilər korpusu 10 min İsveçrə frankı məbləğində cərimə ödəyəcək və yığmanın növbəti 3 oyununu buraxacaqlar.

Avstraliya Basketbol Federasiyası isə avadanlıqların korlanması və əməkdaşlarının davranışına görə 100 min İsveçrə frankı məbləğində cərimələnib. FIBA oyunun hakimlər briqadasını da 1 illik cəzalandırıb.

Qeyd edək ki, 2019-cu il dünya çempionatı 31 avqust – 15 sentyabrda Çində keçiriləcək.

Son xəbərlər

Orphus sistemi