Yuxarı
    Bağlamaq

    FİBA 14 ölkəni Avropa çempionatından kənarlaşdırıb

    Onların arasında Rusiya və Türkiyə də var

    Bakı. 16 aprel. REPORT.AZ/ Beynəlxalq Basketbol Federasiyaları Assosiasiyası (FİBA) 14 ölkəni 2017-ci il Avropa çempionatından kənarlaşdırıb. "Report"un məlumatına görə, bunlar Rusiya, Serbiya, Xorvatiya, Sloveniya, Bosniya və Herseqovina, Monteneqro, İspaniya, Türkiyə, Litva, Yunanıstan, İtaliya, İsrail, Makedoniya və Polşadır.

    Səbəb kimi həmin ölkələrin klublarının Avropa Basketbol Liqaları Birliyinin (ULEB) keçirdiyi Avroliqa və Avropa Kuboku turnirlərində iştirakları göstərilib. FİBA onların öz bayrağı altında keçirilən Çempionlar Liqasına qatılmalarını istəyir.

    Qərara əsasən, bu ölkələr 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarından da kənarda qalacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi