Bakı. 14 avqust. REPORT.AZ/ Formula-1 üzrə ikiqat dünya çempionu, ispaniyalı pilot Fernando Alonso gələn il yarışlarda iştirak etməyəcəyini bildirib.
"Report"un xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, 37 yaşlı pilot onu qarşıda bir sıra yeniliklərin gözlədiyini bildirib.
Bununla belə, F.Alonso hansı yarışlarda iştirak edəcəyini bildirməyib. Bundan əvvəl, idmançı İndieCar və LeMans Series yarışlarda da iştirak edib.
Qeyd edək ki, F.Alonso karyerası ərzində 32 Qran-Prinin qalibi olub və 97 dəfə podiuma çıxıb. 2005 və 2006-cı illərdə o "Benneton-Renault" komandası ilə dünya çempionu olub.