Yuxarı
    Bağlamaq

    Fernando Alonso: "Bakı trası digər şəhərlərin trekində olmayan imkanlara malikdir"

    Burda ötmə əməliyyatı və digər hərəkətlərin icrası üçün imkanlar var

    Bakı. 1 iyun. REPORT.AZ/ "Düşünürəm ki, yarış tamaşaçıların xoşuna gələcək. Bu yarışda maşınlar dünyada ən sürətli trasda 300 km/saat sürət yığa biləcək. Bu unudulmaz şou olacaq".

    "Report" "eturbonews"a istinadən xəbər verir ki, bu barədə "Formula-1" yarışlarının ikiqat dünya çempionu, Bakıdakı Avropa Qran-Prisinin səfiri Fernando Alonso deyib. 

    İspaniyalı pilot qeyd edib ki, Bakıdakı tras başqa traslara bənzəmir: "Burda ötmə əməliyyatı və digər hərəkətlərin icrası, eləcə də 340 km/saat sürətlə hərəkət etmək üçün imkanlar var. Digər şəhər traslarında bu imkanlar yoxdur. Onlar əsasən dardır, burada ötmə əməliyyatı etmək mümkün deyil". 

    Qeyd edək ki  Bakıdakı Avropa Qran-Prisi iyunun 17-19-da keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi