Narazı həndbolçularla nazirlikdə görüş olub

Narazı həndbolçularla nazirlikdə görüş olub Gənclər və İdman Nazirliyinin (AGİN) İdman şöbəsinin müdiri Fərid Mansurov Azərbaycan Həndbol Federasiyasından şikayətçi olan milli komandanın üzvləri ilə görüşüb və problemlərini dinləyib.
Komanda
709
15 Noyabr , 2021 22:27
Narazı həndbolçularla nazirlikdə görüş olub

Gənclər və İdman Nazirliyinin (AGİN) İdman şöbəsinin müdiri Fərid Mansurov Azərbaycan Həndbol Federasiyasından şikayətçi olan milli komandanın üzvləri ilə görüşüb və problemlərini dinləyib.

Bu barədə "Report"a AGİN-in Mətbuat katibi Qabil Mehdiyev məlumat verib. Onun sözlərinə görə, həndbolçuların qaldırdıqları məsələlər nazirliyin səlahiyyətinə aid olmadığı üçün həmin idmançılara federasiya rəhbərliyinə müraciət etmək məsləhət görülüb:

"Gənclər və İdman Nazirliyi heç bir ictimai birliyin, o cümlədən də həndbol federasiyasınn daxili məsələlərinə müdaxilə etmir. Bir qrup həndbolçunun nazirliyə müraciətinə cavab olaraq, onlara federasiya rəhbərliyi ilə görüşmək və problemləri qarşılıqlı şəkildə müzakirə etmək tövsiyə edilsə də, onlar bu görüşdən imtina ediblər".

Qeyd edək ki, narazı həndbolçular milli komandadan qovulublar.

Son xəbərlər

Orphus sistemi