​Fərid Mansurov Bakı Şahmat Olimpiadasının ulduz səfiri olub

​Fərid Mansurov Bakı Şahmat Olimpiadasının ulduz səfiri olub "Mötəbər yarışın təbliğində yaxından iştirak etməyə çalışacağam"
Komanda
9 İyul , 2016 12:13
​Fərid Mansurov Bakı Şahmat Olimpiadasının ulduz səfiri olub

Bakı. 9 iyul. REPORT.AZ/ Bakı Şahmat Olimpiadasının növbəti ulduz səfirinin adı məlum olub. 

Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsindən "Report"a verilən məlumata görə, bu, Yunan-Roma güləşi üzrə olimpiya və ikiqat dünya çempionu Fərid Mansurovdur. 

İdmançıya xüsusi sertifikatı Əməliyyat Komitəsinin icraçı direktoru Murad İskəndərli təqdim edib.

F.Mansurov təəssüratlarını turnirin mətbuat xidməti ilə bölüşüb: "Ulduz səfir olmaq məsuliyyətli və şərəfli işdir. Diqqətə görə Bakı Şahmat Olimpiadasının Əməliyyat Komitəsinə təşəkkür edirəm. Şahmata marağım hər zaman olub. Uşaqlıq illərindən şahmat oynamağı öyrənmişəm. Evdə vaxt olanda atam və ya qardaşımla şahmat taxtası arxasında mübarizə aparmağa imkan tapırıq. Bakı Şahmat Olimpiadası kimi mötəbər yarışın paytaxtımızda keçirilməsi sevindirici haldır. Ulduz səfir kimi mötəbər yarışın təbliğində yaxından iştirak etməyə çalışacağam. Olimpiadada 3 000-ə yaxın idmançının iştirak etməsi yarışın güclü rəqabət şəraitində keçəcəyini göstərir. İnanıram ki, Bakı Şahmat Olimpiadası yüksək səviyyədə təşkil olunacaq. Eyni zamanda, Azərbaycan şahmatçılarına uğurlar arzulayıram. Biz onlara inanırıq. Əminəm ki, komandamız olimpiadada layiqincə çıxış edəcək". 

Xatırladaq ki, Bakıda təşkil olunacaq Şahmat Olimpiadası sentyabrın 1-də start götürəcək və 14-də başa çatacaq. Ölkəmizdə ilk dəfə baş tutacaq mötəbər yarış "Crystal Hall"da keçiriləcək. Olimpiada günlərində paytaxtımızda, həm də FİDE konqresinin növbəti iclası olacaq. 

Son xəbərlər

Orphus sistemi