​"Fənərbağça" - "Qalatasaray" matçından öncə azarkeşlər arasında toqquşma baş verib

​"Fənərbağça" - "Qalatasaray" matçından öncə azarkeşlər arasında toqquşma baş verib Qarşılaşma 20 dəqiqə gec başlayıb
Komanda
15 Aprel , 2016 20:25
​Fənərbağça - Qalatasaray matçından öncə azarkeşlər arasında toqquşma baş verib

Bakı. 15 aprel. REPORT.AZ/ Qadın voleybolçular arasında Türkiyə çempionatının "4-lər finalı" çərçivəsində İzmirdə keçirilən "Fənərbağça" - "Qalatasaray" matçından öncə iki komanda azarkeşləri arasında toqquşma baş verib.

"Report"un məlumatına görə, gərginlik "Qalatasaray" fanatlarının Atatürk Voleybol Salonuna girməkdə olan "fənərbağça"lı tərəfdarlara pivə şüşələri atmasından sonra başlayıb və yarış zalına da sirayət edib.

"Sarı-qırmızı" fanatlardan biri görüş öncəsi iki tribuna arasında "sarı-lacivərdlilər"ə məxsus pankartların olduğu bölümə keçərək, bir pankartı söküb və özlərinin olduğu tribunaya gətirib. Bundan qəzəblənən "fənərbağça"lılar "Qalatasaray" tribunasına gedərək pankartı geri qaytarmağa çalışıb. Polis onların qarşısını çətinliklə alıb.

Bu ərəfədə "sarı-lacivərdlilər" olayları çaşqınlıqla izləyən "qalatasaray"lı voleybolçulara plastik su qabları atıblar. Təhlükəsizlik xidməti əməkdaşları tribunalardakı bütün plakatları toplayıb. Komandalar soyunub-geyinmə otağına göndərilib. Qarşılaşma 20 dəqiqə gec başlayıb.

Son xəbərlər

Orphus sistemi