Azərbaycan Voleybol Federasiyasının (AVF) I vitse-prezidenti Faiq Qarayevin ölkədə idmanın inkişafındakı xidmətlərinə görə Prezident
"Report"un məlumatına görə, mərasimdə "
C.Qurbanov bildirib ki, F.Qarayevin həyatı voleybolla bağlıdır, ömrünün böyük hissəsini bu sahəyə həsr edib: "Faiq müəllim məşqçi olmağı hər şeydən üstün tutub, müxtəlif yerlərdə, Rusiya və Türkiyədə işləyib. Daha sonra cənab Prezidentin dəvəti ilə Azərbaycana gəlib və ölkəmizdə bir sıra uğurlara imza atıb. Bir çox tanınmış idmançılarımız onun rəhbərliyi altında yetişiblər. Faiq Qarayev bütün dünyada tanınıb. Onun böyük məşqçi olduğunu hər yerdə qəbul edirlər. Faiq müəllimlə 15 ildir dostuq, bu sahəyə gəlməyimin səbəbkarı elə odur. Cənab Prezident tərəfindən "Tərəqqi" və "Şöhrət" ordenlərinə layiq görülüb, "Əməkdar məşqçi"dir. İndi isə "Əmək" ordeni ilə təltif edilib. Cənab Prezident şəxsən telefon açıb, onu təbrik edib. Ona cansağlığı, uğurlar arzulayıram".
Daha sonra Prezidentin sərəncamı oxunub və C.Qurbanov "Əmək" ordenini F.Qarayevə təqdim edib.
Ardınca çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə də F.Qarayev barəsində xoş sözlər söyləyib: "Mənim üçün xüsusi bir bayramdır. Faiq Qarayev bütün ömrünü voleybola sərf edib və Azərbaycanın ən öndə gələn idman xadimlərindən biridir. Onunla eyni gündə "Şöhrət" ordeni ilə təltif olunmuşuq. Nailiyyətlərini bütün dünyada bilir, tanıyırlar. Faiq müəllimi təbrik edirəm".
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov F.Qarayevi nazir
Çıxış edən digər natiqlər də F.Qarayevin Azərbaycan idmanında, voleyboldakı xidmətlərindən söhbət açaraq, onu təbrik ediblər.
Qeyd edək ki, tədbirin sonunda AVF-nin Rəyasət Heyətinin adından qurumda çalışan Zöhrab Gözəlbəyli, Oqtay Musayev, Rafiq Rəsulov, Nərgiz İsmayılova və Nona İsmayılova yubileyləri münasibəti ilə xüsusi diplomla təltif olunublar.


