Faiq Qarayev: "Azərbaycan millisinə rəhbərlik etmək istəyirəm"

Faiq Qarayev: "Azərbaycan millisinə rəhbərlik etmək istəyirəm" "Milli Olimpiya Komitəsinin İcrayyə Komitəsinə üzv seçildiyim üçün ölkə başçısına təşəkkür edirəm. Bu, Azərbaycan Voleybol Federasiyasına böyük önəm, hörmət deməkdir. 2 illik pandemiya, klubların bağlanması bizim reytinqimizi bir az aşağı saldı. Amma Azər
Komanda
148
17 Dekabr , 2021 16:02
Faiq Qarayev: Azərbaycan millisinə rəhbərlik etmək istəyirəm
Faiq Qarayev

"Milli Olimpiya Komitəsinin İcrayyə Komitəsinə üzv seçildiyim üçün ölkə başçısına təşəkkür edirəm. Bu, Azərbaycan Voleybol Federasiyasına böyük önəm, hörmət deməkdir. 2 illik pandemiya, klubların bağlanması bizim reytinqimizi bir az aşağı saldı. Amma Azərbaycan voleybol çox sevilir, populyardır".

"Report"un məlumatına görə, bu fikirləri Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev Super Liqa və Yüksək Liqada 2021/2022 mövsümünün açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

O, "Azerreyl" klubuna rəhbərlik edəcəyini bildirib: "Bu komanda Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılıb. "Azerreyl" bir markadır. Cavid Qurbanovla bu məsələni müzakirə etdik. Komandanın bünövrəsi qurulur. Klubun avrokuboklarda oynamasını istəyirik".

Qarayev milli komandanın "Azerreyl"in bazası əsasında formalaşdırılacağını söyləyib: "Hələ gəncəm, gücüm var. İşləmək istəyirəm. Milli komandaya rəhbərlik etmək istəyirəm. Yanımdakı məşqçilərlə birlikdə sistem şəklində çalışmaq niyyətindəyəm. Amma mənim yerim zaldır. İnanıram ki, var gücümüzü ortaya qoyub, Azərbaycan voleybolunu yüksəklərə qaldıracağıq".

62 yaşlı mütəxəssis ölkə çempionatlarında kifayət qədər gənc oyunçuların olduğunu vurğulayıb: "Tələbimiz odur ki, komandalar gündə 4-5 saat məşq etsinlər. Amma bunun üçün onlara zallar lazımdır. Komandalara istənilən şərait yaradılmalıdır. Federasiya hazırda bu plan üzərində işləyir".

Qarayev bundan sonra yeni klubların çempionata qatılacağına inandığını deyib: "Plana əsasən, gələn il çempionatlarda 8 kişi və 8 qadın komandası görmək istəyirik. Bağlanmış klubların yenidən fəaliyyətə başlamasını istəyirik. Görürsünüz, nə qədər potensiallı uşaqlar var. Cəlilabaddan 1,95 - 1,96 m boyunda 5 oyunçu gətirmişik. Məndə olan məlumata görə, Şəkidə boyu 2 metrdən yüksək olan 3 voleybolçu var. Onlar təcili Bakıya gəlməlidir. Həmin voleybolçulara şərait yaratmalıyıq. Federasiya bu məsələlərlə məşğuldur. Gələn il bir qadın və bir kişi komandasını avrokuboklarda görmək istəyirik".

Vitse-prezident inventar cəhətdən heç bir problemin olmadığını qeyd edib: "Murov" klubunun Biləcəridəki idman zalı təmir olunub. Federasiyadakı zalı görmüsünüz. “Sərhədçi” klubunun rəhbərliyi ilə geniş formatda görüş keçirilib. Onlar da bizə hər şəraiti yaradır. Bu gün 4 zal azərbaycanlı voleybolçuların məşqləri üçün hazırdır".

Son xəbərlər

Orphus sistemi