"Rabitə nazirinə demişdim ki, sən dünya çempionusan".
Bunu "Report"a müsahibəsində Azərbaycan Voleybol Federasiyasının (AVF) I vitse-prezidenti Faiq Qarayev deyib.
63 yaşlı mütəxəssis Qafqazda "Rabitə" kimi komanda yaratmağın çətin olduğunu bildirib: "Rabitə" dünya çempionu olmuşdu. Ölkə xaricində bu komandanı kim tanıyır? Bir düşünün, Qafqazda bu klubu necə yarada bilərsən? 2 000 km radiusda voleybolun qoxusu belə, yoxdur. İndi heç yoxdur. Bir Türkiyə qalıb. Ukrayna, Belarus və Rusiya dağılır. Sanksiyaları 4 illik veriblər".
Qarayev rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti seçildiyini xatırladıb: "Mən bu məsələnin üstünə düşmüşdüm, keçmiş nazirlə (Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ilə - red.) danışmışdım. Lakin yeni nazir ACF prezidenti oldu və bu durumda voleybol söhbəti keçdi axırıncı plana".
Faiq Qarayevin müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.