​Ermənistanda çempionat "donuz qripi"nə görə təxirə salınıb

​Ermənistanda çempionat "donuz qripi"nə görə təxirə salınıb Cüdo çempionatı 23 yanvardan 25-26 fevral tarixlərinə keçirilib
Komanda
17 Yanvar , 2016 17:10
​Ermənistanda çempionat donuz qripinə görə təxirə salınıb

Bakı. 17 yanvar. REPORT.AZ/ Cüdo üzrə Ermənistan çempionatı təxirə salınıb.

"Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, buna ölkədə "donuz qripi" (H1N1 virusu) virusuna yoluxma hallarının vüsət alması səbəb olub.

Xəstəlik üzündən məşqlərə də fasilə verilməsini nəzərə alan Ermənistan Cüdo Federasiyası çempionatın 23 yanvardan 25-26 fevral tarixlərinə keçirilməsinə qərar verib. Təxirəsalma ilə əlaqədar digər yaş qrupları üzrə yarışların təqvimində də dəyişikliklər ediləcək.

Son xəbərlər

Orphus sistemi