NBA-nın ən bahalı klubunun sahibi koronavirusa yoluxdu

NBA-nın ən bahalı klubunun sahibi koronavirusa yoluxdu Milli Basketbol Assosiasiyasında (NBA) çıxış edən “Nyu-York Niks”in sahibi Ceyms Dolan koronavirusa yoluxub.
Komanda
29 Mart , 2020 12:03
NBA-nın ən bahalı klubunun sahibi koronavirusa yoluxdu

Milli Basketbol Assosiasiyasında (NBA) çıxış edən “Nyu-York Niks”in sahibi Ceyms Dolan koronavirusa yoluxub.

“Report”un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Dolan hazırda karantinə alınıb. Lakin demək olar ki, onda xəstəliyin əlamətləri yoxdur. O, klubun iş fəaliyyətinə nəzarət etməyə davam edir.

Qeyd edək ki, “Nyu-York Niks” 4.6 milyard dollar dəyərinə görə “Forbes” tərəfindən ən bahalı NBA klubu hesab olunur. “Los-Anceles Leykers” (4.4 milyard dollar) və “Qolden Steyt” (4.3 milyard dollar) növbəti yerlərdə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi