​Elis Manolova Azərbaycan yığmasının hesabına daha bir medal yazdırıb - FOTO

​Elis Manolova Azərbaycan yığmasının hesabına daha bir medal yazdırıb - FOTO O, Rusiyadan olan güləşçi Xanum Velievaya 5:0 hesabı ilə inamlı qalib gələrək yarımfinala adlayıb
Komanda
24 İyun , 2016 01:26
​Elis Manolova Azərbaycan yığmasının hesabına daha bir medal yazdırıb - FOTO

Buxarest, 24 iyun. REPORT.AZ/ Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə gənclər arasında keçirilən Avropa çempionatında güləşçilərimizin uğurlu çıxışı davam edir.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, turnirin üçüncü günündə zərif cinsin nümayəndələri mübarizəyə qoşulublar. Gənc güləşçilərimiz, 44 kq çəkidə Zelfira Ələkbərli və 51 kq çəkidə Səbinə Həmzəlzadə 1/8 finalda rəqiblərinə məğlub olaraq mübarizəni erkən dayandırıblar.

Daha bir təmsilçimiz 67 kq çəkidə mübarizəyə 1/4 finaldan başlayan Elis Manolova ilk olaraq Rusiyadan olan güləşçi Xanum Velieva ilə üz-üzə gəlib və 5:0 hesabı ilə inamlı qələbə qazanaraq yarımfinala adlayıb. Güləşçimiz yarımfinalda italiyalı Enrica Rinaldiyə heç bir şans verməyib və onu vaxtından əvvəl tam üstünlüklə məğlub edərək adını finala yazdırıb. Həlledici görüşdə Fransa təmsilçisi Koumba Selene Fanta Larroque ilə qarşılaşan Elis Manolova 0:3 hesabı ilə məğlub olaraq Avropa çempionatının gümüş medalını qazanıb.

Böyük məşqçi Konstantin Konorev və məşqçi Aslan Ağayevin rəhbərliyi altında sabah daha 2 güləşçimiz Sona Tumarxanova (48 kq) və Şəbnəm Əhmədova (55 kq) çempionatın medalları uğurunda mübarizəyə qoşulacaqlar.

Xatırladaq ki, ötən gün yunan-Roma güləşi üzrə Avropa çempionatında mübarizə başa çatıb. Azərbaycan yığması 3 qızıl, 1 gümüş və 1 bürünc medalla 38 ölkə arasında 48 xalla çempionatı 3-cü pillədə başa vurub. 1-ci pilləni 62 xalla Gürcüstan, 2-ci pilləni 50 xalla Rusiya yığması tutub. 

Son xəbərlər

Orphus sistemi