Dünya çempionatında Rusiya ilə Belarusu Fransa və Avstriya əvəzləyib

Dünya çempionatında Rusiya ilə Belarusu Fransa və Avstriya əvəzləyib Fransa və Avstriya yığmaları bu il Finlandiyada keçiriləcək hokkey üzrə dünya çempionatında Rusiya ilə Belarusu əvəzləyəcək.
Komanda
146
19 Mart , 2022 09:58
Dünya çempionatında Rusiya ilə Belarusu Fransa və Avstriya əvəzləyib

Fransa və Avstriya yığmaları bu il Finlandiyada keçiriləcək hokkey üzrə dünya çempionatında Rusiya ilə Belarusu əvəzləyəcək.

"Report"un Beynəlxalq Buzüstü Hokkey Federasiyasının (IIHF) rəsmi saytına istinadən məlumatına görə, Fransa Rusiyanın yerinə A qrupunda, Avstriya isə Belarusun yoxluğunda B qrupunda mübarizə aparacaq.

Fevralın 28-də IIHF Şurası Rusiyanın böyüklər, gənclər və yeniyetmələrdən ibarət yığmalarını dünya çempionatlarından uzaqlaşdırmağı, həmçinin, 2023-cü il gənclər arasında dünya çempionatını Rusiyadan digər ölkəyə keçirməyi qərara alıb. Qəbul olunmuş qərarlar Ukraynadakı situasiyanın həll olunacağı təqdirdə ləğv oluna bilər.

Qeyd edək ki, Finlandiyadakı dünya çempionatı 13 - 29 mayda Helsinki və Tampere şəhərlərində təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi