Dünya çempionatında 3 medal qazanmış DİN əməkdaşları Vətənə qayıdıblar - FOTO - VİDEO

Dünya çempionatında 3 medal qazanmış DİN əməkdaşları Vətənə qayıdıblar - FOTO - VİDEO Polis əməkdaşları cui-citsu üzrə yarışda 1 qızıl və 2 gümüş medal qazanıblar
Komanda
5 Dekabr , 2017 09:00
Dünya çempionatında 3 medal qazanmış DİN əməkdaşları Vətənə qayıdıblar - FOTO - VİDEO
Report

Bakı. 5 dekabr. REPORT.AZ/ Bu ilin 1-4 dekabr tarixləri arasında Belarusun paytaxtı Minsk şəhərində 7-ci "Döyüş Növlərinin Dünya Oyunları" yarışları keçirilib.

“Report” xəbər verir ki, çempionatda 71 ölkədən 4 minə yaxın idmançı 16 döyüş növündə öz qüvvəsini sınayıb.

Yarışda Azərbaycanı Daxili İşlər Nazirliyini (DİN) 5 idmançısı təmsil edib.

Oyunların tərkibində keçirilən ciu-citsu üzrə dünya çempionatında idmançılarımız yüksək nəticələr əldə ediblər.

Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Eldar Abdullayev 86 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək birinci yerə layiq görülüb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının baş inspektoru polis mayoru Həsən Əliyev 80 kq çəki dərəcəsində və DİN-in İdman Cəmiyyətinin inspektoru polis baş leytenantı Elşən İbişov 94 kq çəki dərəcəsində 2-ci yeri tutub.

Azərbaycan nümayəndə heyətinə əməkdar məşqçi Rəsul Məmmədov rəhbərlik edib.

Son xəbərlər

Orphus sistemi