​Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə veloyürüş keçiriləcək

​Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə veloyürüş keçiriləcək Bakı küçələri ilə 18 km məsafə qət ediləcək
Komanda
17 Dekabr , 2014 12:36
​Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə veloyürüş keçiriləcək

Bakı. 17 dekabr. REPORT.AZ/ 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan Velosiped İdmanı Federasiyası (AVİF) "SharkHead" velosipedçilər klubu ilə birlikdə "Critical X-Mass Baku" yürüşü keçirəcək. Federasiyasının (AVİF) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yürüş dekabrın 27-də təşkil olunacaq.

Saat 15:00-da Azadlıq meydanından (Hökumət Evinin qarşısı) start götürəcək veloyürüşdə şəhər küçələri ilə 18 km məsafə qət ediləcək. Yürüş başladığı yerdə sona çatacaq. Tədbir yekunlaşdıqdan sonra isə kiçik yaşlı uşaqlara federasiya tərəfindən yeni il hədiyyələri təqdim olunacaq.

Son xəbərlər

Orphus sistemi