Yuxarı
    Bağlamaq

    ​Daha iki Azərbaycan cüdoçusu Avropa çempionatında medal qazanıb

    Bir cüdoçumuz Avropa çempionu olub

    Bakı. 24 iyun. REPORT.AZ/ Xorvatiyanın Poreç şəhərində veteran cüdoçular arasında Avropa çempionatı davam edir.

    Cüdo Federasiyasından "Report"a verilən məlumata görə, Azərbaycan milli komandası yarışın ikinci günü aktivinə daha 2 medal yazdırıb.

    60 kq. çəki dərəcəsində çıxış edən Vüqar Hüseynov bütün rəqblərindən üstün olaraq qızıl medal qazanıb.

    73 kq. çəki dərəcəsində ölkəmizi təmsil edən Müşviq Cəfərov isə gümüş medala sahib olub.

    Xatırladaq ki, Avropa çempionatının ilk günündə Fərhad Rəcəbli (90 kq) qızıl medal qazanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi