Daha bir komandamız Avropa ikincisi oldu

Daha bir komandamız Avropa ikincisi oldu Azərbaycanın sərbəst güləş üzrə millisi İtaliyanın paytaxtı Romada başa çatan Avropa çempionatında komanda hesabında ikinci yeri tutub.
Komanda
17 Fevral , 2020 00:32
Daha bir komandamız Avropa ikincisi oldu

Azərbaycanın sərbəst güləş üzrə millisi İtaliyanın paytaxtı Romada başa çatan Avropa çempionatında komanda hesabında ikinci yeri tutub.

"Report"un məlumatına görə, 116 xal yığan yığma yalnız Rusiyadan (186) geri qalıb.

İlk "3-lüy"ü Gürcüstan (95) qapayıb.Azərbaycan bu növdə 5 medal qazanıb. Ağahüseyn Mustafayev (70 kq) gümüş, Əli Rəhimzadə (65 kq), Cəbrayıl Həsənov (79 kq), Aslanbek Alborov (92 kq) və Camaləddin Məhəmmədov (125 kq) bürünc medal əldə edib.

Qeyd edək ki, Avropa çempionatında Azərbaycanın yunan-Roma güləşi üzrə millisi də 2 qızıl, 4 bürünc medalla ikinci yeri tutub. Qadınlardan ibarət yığma ilə 1 gümüş, 1 bürünc medalla 7-ci olub. 

Son xəbərlər

Orphus sistemi