​Cüdoçularımız Avropa kubokunun ilk günündə 4 medal qazanıb - FOTO

​Cüdoçularımız Avropa kubokunun ilk günündə 4 medal qazanıb - FOTO Təmsilçilərimiz Hidayət Heydərov, Kəramət Hüseynov, Nəriman Əhmədov və Natiq Qurbanlı fərqləniblər
Komanda
31 İyul , 2016 00:51
​Cüdoçularımız Avropa kubokunun ilk günündə 4 medal qazanıb - FOTO

Bakı. 30 iyul. REPORT.AZ/ Almaniyanın paytaxtı Berlin şəhərində gənclər arasında cüdo üzrə Avropa kubokuna start verilib.

Azərbaycan Cüdo Federasiyasından "Report"a verilən məlumata görə, yarışın ilk günü Azərbaycan millisi üçün uğurlu olub. Gənc cüdoçularımız millimizin aktivinə 4 medal yazdırıb.

Təmsilçilərimizdən Hidayət Heydərov (73 kq), Kəramət Hüseynov (55 kq), Nəriman Əhmədov və Natiq Qurbanlı (hər ikisi 55 kq) fərqləniblər.

Qeyd edək ki, 38 ölkədən 524 idmançının (298 oğlan, 226 qız) mübarizə apardığı Avropa kubokunda Azərbaycan millisi 16 cüdoçu (15 kişi, 1 qadın) ilə təmsil olunur.

Son xəbərlər

Orphus sistemi