Yuxarı
    Bağlamaq

    ​Cüdoçularımız Avropa birinciliyində 2 qızıl və 1 bürünc medal qazanıb - FOTO

    Azərbaycan idmançısı erməniyə qalib gələrək Avropa çempionu olub

    Bakı. 1 iyul. REPORT.AZ/ Azərbaycanın yeniyetmə cüdoçuları Finlandiyada keçirilən Avropa birinciliyinin ilk günü möhtəşəm qələbələrə imza atıb. "Report" xəbər verir ki, idmançılarımız qitənin nüfuzlu yarışında 2 qızıl və 1 bürünc medal qazanıb.

    Əlli kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Rövşən Əliyev Ermənistan, Rumıniya və Macarıstan cüdoçularını məğlub edərək qızıl medala sahib olub.

    Əlli beş kiloqram çəki dərəcəsində mübarizə aparan Əhməd Yusifov isə Türkiyə, Hollandiya, Serbiya, İtaliya və Belarus təmsilçilərinə qalib gələrək Avropa çempionu adını qazanıb.

    Əlli kq çəki dərəcəsində çıxış edən daha bir çüdoçumuz Raşxan Baxşəliyev isə yarımfinalda komanda yoldaşı - bu çəkidə qızıl medal qazanmış Rövşən Əliyevə uduzaraq bürünc medal uğrunda mübarizəyə qoşulub. Bürünc medal uğrunda mübarizədə israilli İdo Rab üzərində qələbəyə sevinən R.Baxşəliyev milli komandamıza növbəti medalı qazandırıb.

    Qeyd edək ki, 41 ölkədən 421 idmançının (238 oğlan, 183 qız) mübarizə apardığı Avropa çempionatında Azərbaycan millisi 16 cüdoçu (10 oğlan, 6 qız) ilə təmsil olunur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi