​Ceyhun Məmmədov Avropa Sambo Federasiyasının vitse-prezidenti seçilib - FOTO

​Ceyhun Məmmədov Avropa Sambo Federasiyasının vitse-prezidenti seçilib - FOTO 13 nəfərlik İcraiyyə Komitəsinin üzvlüyünə seçilənlər arasında Ceyhun Məmmədov da var
Komanda
13 May , 2016 00:46
​Ceyhun Məmmədov Avropa Sambo Federasiyasının vitse-prezidenti seçilib - FOTO

Bakı. 13 may. REPORT.AZ/ Rusiyanın Kazan şəhərində Avropa Sambo Federasiyasının (ESF) Hesabat-Seçki Konqresi keçirilib. "Report"un məlumatına görə, iclasda Sergey Yeliseyev yekdilliklə növbəti 4 il müddətinə ESF-in prezidenti seçilib.

13 nəfərlik İcraiyyə Komitəsinin üzvlüyünə seçilənlər arasında isə Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədov da var. 7 qat dünya çempionu həm də ESF-in vitse-prezidenti seçilib. Digər vitse-prezidentlər bolqarıstanlı Rumen Stoylovla yunanıstanlı Merabi İliadis, baş katib isə italiyalı Roberto Ferrarisdir.

S.Yeliseyev çıxışında "Bakı 2015" I Avropa Oyunlarının proqramında sambonun da yer almasını böyük uğur və sıçrayış kimi dəyərləndirib. O, sambonun Avropa Oyunlarında layiqincə təmsil olunduğunu vurğulayıb: "Oyunlarda bizim də iştirakımız sambonun yeni - olimpiya səviyyəsinə nəinki cəhd etməsinin, hətta real olaraq daxil olmasının indikatorudur".

Toplantıda, həmçinin Avstriya Sambo Federasiyası ESF üzvlüyünə qəbul olunub. 

Son xəbərlər

Orphus sistemi