Yuxarı

Çempionlar Liqasında Azərbaycanın 2 klubu üz-üzə gəlib

Lokomotiv Azərreyli məğlub edib

Bakı. 11 noyabr. REPORT.AZ/ Azərbaycanın qadın voleybolçulardan ibarət "Lokomotiv" və "Azərreyl" klubları Çempionlar Liqasının qrup mərhələsində üz-üzə gəliblər. "Report"un məlumatına görə, A qrupunda yer alan komandaların qarşılaşması Voleybol Mərkəzində baş tutub. 

Görüş nominal meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1 (25:14, 22:25, 25:21, 25:21). Bu,  "Lokomotiv"in ilk qələbəsi, "Azərreyl"in isə ilk məğlubiyyəti olub. Birinci turda "Lokomotiv" Rusiyanın "Dinamo" (Kazan) komandasına 1:3 hesabı ilə məğlub olubsa, "Azərreyl" Bakıda "Ştutqart"a 3:0 hesabı ilə qalib gəlib. Qrupda ikinci turun digər oyununda "Ştutqart" "Dinamo"nu qəbul edəcək. Hazırda "Lokomotiv", "Azərreyl" və "Dinamo"nun hərəyə 3 xalı var, "Ştutqart" isə xalsızdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi