Çempionlar Liqası: "Araz Naxçıvan" əsas mərhələyə yüksəlib

Çempionlar Liqası: "Araz Naxçıvan" əsas mərhələyə yüksəlib "Araz-Naxçıvan” komandası futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində üçüncü oyununu keçirib.
Komanda
24 Avqust , 2021 23:35
Çempionlar Liqası: Araz Naxçıvan əsas mərhələyə yüksəlib

UEFA Çempionlar Liqasının ilkin mərhələsində mübarizəni yekunlaşdıran “Araz-Naxçıvan” komandası əsas mərhələyə vəsiqə qazanıb.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi ən yaxşı ikinci yerin sahibi kimi mübarizəni davam etdirəcək.

Ölkə çempionunun bu mərhələdəki rəqibləri avqustun 30-da müəyyənləşəcək.

21:50

"Araz-Naxçıvan” komandası futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində üçüncü oyununu keçirib.

"Report"un məlumatına görə, Azərbaycan çempionu F qrupundakı sonuncu matçında Latviyanın "Raba" kollektivi ilə üz-üzə gəlib. Görüş "Araz-Naxçıvan"ın 8:4 hesablı qələbəsi ilə başa çatıb.

Naxçıvan təmsilçisinin heyətində Maneka, Xətai Bağırov və Ramiz Çovdarov dubl edib. Digər qolları isə Pereyra Qonçalves Dos Santos və İsa Atayev vurublar.

Bu qələbədən sonra xallarını 7-yə çatdıran "Araz Naxçıvan" qrupu ikinci pillədə başa vurub, komandanın əsas mərhələyə vəsiqə qazanıb-qazanmaması digər oyunların nəticələrindən asılı olacaq. Qrupda ilk sıranı isə Finlandiyanın “Kampuksen Dinamo” klubu tutub.

Çempionlar Liqası

F qrupu, III tur

20:00. "Araz-Naxçıvan" - "Raba" (Latviya) - 8:4

Qollar: Maneka, 00"24"; 32"20". Pereyra Qonçalves Dos Santos, 18"16". Xətai Bağırov, 22"30"; 32"40" İsa Atayev, 23"33". Ramiz Çovdarov, 26"00" (penalti); 29"37" - Aleksandrs Kulesovs, 11"29". Marks Boqdanovs, 15"03". Dmitris Yakovlevs, 20"54". Artur Strajdins, 29"23

Qırmızı vərəqə: Sabara, 25"59" ("Raba"), Xətai Bağırov, 39"36" ("Araz Naxçıvan")

Qeyd edək ki, Joze Alesionun baş məşqçi olduğu komanda qrupdakı ilk görüşündə Cəbəllütariqin "Europa" klubunu 9:2 hesabı ilə üstələyib, ikinci qarşılaşmada isə Finlandiya “Kampuksen Dinamo”su ilə heç-heçə edib - 4:4.

Son xəbərlər

Orphus sistemi