Bakı. 27 dekabr. REPORT.AZ/ Azərbaycan 2016-cı ildə 837 medal qazanıb.
"Report"un məlumatına görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov mətbuat konfransında deyib.
O bildirib ki, ölkə idmançıları Avropa çempionatı və birinciklərində, kubok yarışlarında 297 qızıl, 250 gümüş və 290 bürünc medal əldə ediblər.
Yığma komandalar 12 gündən az olmayaraq 100-dən çox təlim-məşq toplanışlarında iştirak edib.