Bakı. 2 fevral. REPORT.AZ/ "Braziliya hğkuməti "Zika" virusu səbəbindən Yay Olimpiya Oyunlarını ləğv etmək niyyətində deyil. İdmançılarda virusa yoluxma riski sıfıra bərabərdir, infeksiya yalnız hamilə qadınlar üçün təhlükəlidir".
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu Braziliyanın Prezident Administrasiyasının rəhbəri Jak Vaqner deyib.
Rio-de-Janeyro olimpiadası 5-21 avqust tarixlərində keçiriləcək.
Ümumdünya Səhiyyə Təşkilatı "Zika" virusunu dünya üzrə təhlükəli xəstəlik elan edib.