Braziliya Güləş Federasiyasının prezidenti: "İnanıram ki, Azərbaycan komandası final görüşündə layiqli mübarizə aparacaq"

Braziliya Güləş Federasiyasının prezidenti: "İnanıram ki, Azərbaycan komandası final görüşündə layiqli mübarizə aparacaq" Bakı. 9 aprel. REPORT.AZ/ Bu gün burada güclü Azərbaycan komandasını görməkdən məmnunam. İnanıram ki, final görüşündə də layiqli mübarizə aparacaqlar.
Komanda
9 Aprel , 2018 00:57
Braziliya Güləş Federasiyasının prezidenti: İnanıram ki, Azərbaycan komandası final görüşündə layiqli mübarizə aparacaq

Bakı. 9 aprel. REPORT.AZ/ "Bu gün burada güclü Azərbaycan komandasını görməkdən məmnunam. İnanıram ki, final görüşündə də layiqli mübarizə aparacaqlar."

"Report" Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, bunu ABŞ-ın Ayova şəhərində keçirilən sərbəst güləş üzrə Dünya Kuboku yarışları zamanı Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin üzvü, Braziliya Güləş Federasiyasının prezidenti Pedro Qama Filho deyib.

Dünya Kubokunda finala yüksələn Azərbaycan komandasını təbrik edən Pedro Qama Filho komandamızın final görüşündə layiqli nəticə qazanacağına inandığını bildirib.

Azərbaycan Güləş Federasiyası ilə uzun müddətli əməkdaşlıqlarının olduğunu deyən Pedro Qama Filho Bakını çox sevdiyini bildirib:

"AGF dünyanın ən böyük federasiyalarından biridir. Azərbaycanda dəfələrlə təlim-məşq toplanışlarında olmuşuq. Azərbaycanın paytaxtı Bakı çox gözəl şəhərdir və mən Bakını çox sevirəm, yenidən orda olmağı çox istəyirəm. Braziliyada keçirilən Olimpiya Oyunları ərəfəsində Azərbaycan Güləş Federasiyası ilə daha sıx əlaqələrimiz oldu. Oyunlardan əvvəl Azərbaycan komandalarının yerləşməsi və təlim-məşq toplanışında iştirak etməsi üçün lazımi şərait yaratmağa çalışdıq. Federasiyalarımız arasında sıx dostluq münasibəti var. Ümid edirəm ki, uzun illər belə də davam edəcək."

Son xəbərlər

Orphus sistemi