Bolqarıstanda sambo üzrə dünya çempionatı start götürür

Bolqarıstanda sambo üzrə dünya çempionatı start götürür Azərbaycanı yarışda 8 idmançı təmsil edəcək
Komanda
11 Noyabr , 2016 07:58
Bolqarıstanda sambo üzrə dünya çempionatı start götürür

Sofiya. 11 noyabr. REPORT.AZ/ Bu gün Bolqarıstanın paytaxtı Sofiya şəhərində sambo üzrə dünya çempionatı start götürəcək.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, dünyanın 80 ölkəsinin samboçuları 27 dəst medal uğrunda (9 dəst idman sambosu, 9 dəst döyüş sambosu) mübarizə aparacaqlar.

Ölkəmizi yarışda 8 idmançı təmsil edəcək. Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədov və baş məşqçi Yaqub Abdullayevin rəhbərliyi altında mundialda ölkəmizin idman şərəfini Ağasif Səmədov (52 kq), Fərid Yusifov (57 kq), Yusif Nəbiyev (62 kq), Emil Həsənov (68 kq), Amil Qasımov (74 kq), Vüqar Bayramov (82 kq), Murad Rəcəbli (90 kq) və Nizami Məmmədov (100 kq) qoruyacaqlar. Dünya çempionatında Azərbaycanı hakim qismində Cabir İsmayılov təmsil edəcək.

Sofiyanın “Hərbçi” idman arenasında təşkil olunacaq yarışlarda idmançılar mübarizəyə Bakı vaxtı ilə saat 12:00-da qoşulacaqlar. Final görüşləri isə saat 20:00-da baş tutacaq.

Dünya çempionatı noyabrın 13-dək davam edəcək.

Qeyd edək ki, sambo üzrə dünya çempionatı Bolqarıstan Sambo Federasiyasının yaranmasının 60 illiyinə təsadüf edir.

Son xəbərlər

Orphus sistemi