BƏƏ-də keçirilən beynəlxalq şahmat turniri başa çatıb

BƏƏ-də keçirilən beynəlxalq şahmat turniri başa çatıb Azərbaycanlı şahmatçılardan ən yaxşı nəticəni Nicat Abasov göstərib
Komanda
29 Dekabr , 2014 20:06
BƏƏ-də keçirilən beynəlxalq şahmat turniri başa çatıb

Bakı. 29 dekabr. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliklərinin əl-Eyn şəhərində keçirilən beynəlxalq şahmat turniri başa çatıb. "Report"un Azərbaycan Şahmat Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, 28 ölkədən 151 (62 beynəlxalq qrossmeyster) şahmatçının iştirak etdiyi beynəlxalq turnirdə Azərbaycanı Rauf Məmmədov, Nicat Abasov, Zaur Məmmədov, Ülvi Bacarani, Gülnar Məmmədova, Orxan Abdulov, Xəyalə Abdulla, Pərviz Qasımov, Aydan Höccətova, Nərmin Xələfova, Şahin Hüseynov, Elnur Əliyev, Vüqar Əsədli, Nərmin Məmmədova, Rüstəm Bünyatov, Nərmin Söyünlü və Əhməd Əhmədzadə təmsil ediblər.

İsveçrə sistemi ilə 9 turdan ibarət keçirilən yarışda azərbaycanlı şahmatçılardan ən yaxşı nəticəni Nicat Abasov göstərib. O, aktivinə 6 xal yazaraq 16-cı yerin sahibi olub. Ülvi Bacarani və Rauf Məmmədov da eyni nəticəni göstərsələr də, əlavə göstəricilərə görə 23-cü və 26-cı pillədə qərarlaşıblar. Pərviz Qasımov 5 xal, Zaur Məmmədov, Gülnar Məmmədova, Şahin Hüseynov, Orxan Abdulov, Rüstəm Bünyatov, Əhməd Əhmədzadə, Elnur Əliyev və Xəyalə Abdulla 4.5 xal, Nərmin Məmmədova, Vüqar Əsədli, Nərmin Xələfova, Zirvə Səfərov, Nərmin Söyünlü 4 xal, Aydan Höccətova, Kənan Əhədzadə və Naibə Orucova isə 3.5 xal toplayıblar.

Qeyd edək ki, turnirin qalibi aktivinə 7 xal yazan Gürcüstan şahmatçısı Gaioz Niqalidze olub.

Son xəbərlər

Orphus sistemi